Azedu.az

Dövlət qulluğu imtahanından keçən namizədlərə sertifikatlar verilir

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Avqust 2023, 09:01
Dövlət qulluğu imtahanından keçən namizədlərə sertifikatlar verilir

23 iyul 2023-cü il tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (A növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

 

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyul 2023-cü il tarixdə dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox