Bu gün saat 11:00-da məktəbəhazırlıq qruplarına qəbulla bağlı tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi aktiv ediləcək.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.