Azedu.az

“200 bal toplayan bu şəxslər 150 ballıq ixtisas seçə biləcəklər” - RƏSMİ  

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

11 Avqust 2023, 11:25
“200 bal toplayan bu şəxslər 150 ballıq ixtisas seçə biləcəklər” - RƏSMİ  

 "İkinci blok imtahanında 100 bal toplamayanlar 200 bal tələb edən ixtisaslara buraxılmırlar".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalında canlı yayım zamanı II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” mövzusunda danışarkən deyib.

 

O diqqətə çatdırıb ki, II qrup üzrə 150 baldan yuxarı nəticə göstərənlərin sayı 10911 nəfərdir:

 

"Elə şəxslər var ki, onlar 200 bal toplayıblar, amma ikinci blok imtahanında 100 bal yığmayıblar. Onlar 200 bal tələb edən ixtisaslara deyil, amma 150 bal tələb edənlərə buraxılırlar. Həmin abituriyentlər üçün 13265 plan yeri ayrılıb, onlardan 4325 dövlət sifarişli yerdir”.

 

 

 

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox