Azedu.az

MİQ - in müsahibə mərhələsi izlənilib - FOTOLAR

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Müsahibə

Məktəbə qəbul

Diaqnostik qiymətləndirmə

MİQ

Elm və Təhsil Nazirliyi

10 Avqust 2023, 13:20
MİQ - in müsahibə mərhələsi izlənilib - FOTOLAR

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva müsahibə prosesinin gedişatını izləyib.

 

Müsahibənin ikinci günü Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fransız dili, musiqi, rus dili, texnologiya fənləri üzrə müsahibələr təşkil olunub.

 

Müsahibə mərhələsinə ümumilikdə 5 660 namizəd dəvət edilib.

 

Müsahibə zamanı namizədlərin peşəkar səriştəsi, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

 

Bu mərhələdə uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsindən ibarətdir.

Azərbaycanda müğənni amansızlıqla qətlə yetirildi - Qatil isə…
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox