2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.