Azedu.az

DİQ üzrə esse mərhələsinin nəticələri AÇIQLANDI

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

4 Avqust 2023, 16:24
DİQ üzrə esse mərhələsinin nəticələri AÇIQLANDI

Direktorların işə qəbulu müsabiqəsinin yazı işi üzrə esse mərhələsinin nəticələri açıqlanıb. İmtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, müsabiqə üzrə esse mərhələsində 673 nəfər iştirak edib. 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

 

 

Qeyd edək ki, uğur qazanmayan namizədlər //portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin qəbulu 7 avqust saat 11:00-da başa çatacaq.

 
 
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox