Azedu.az

MİQ üzrə vakansiya seçimi yekunlaşır

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

30 İyul 2023, 09:13
MİQ üzrə vakansiya seçimi yekunlaşır

İyulun 31-i saat 11:00-da bütün fənlər üzrə müəllimlərin işə qəbulu (MIQ) müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatacaq.

 


Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

 


Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda onun müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox