Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 609 şagirdi məktəbi fərqlənmə attestatı ilə bitirib.
Regional təhsil idarəsindən AzEdu.az-a verilən məlumata görə, Sumqayıt üzrə IX sinif şagirdlərinin 215-i, XI sinif üzrə isə 157 nəfər, Abşeron üzrə 149 IX sinif şagirdi və 83 nəfər XI sinif şagirdi, Xızı üzrə isə 2 nəfər IX sinif, 3 nəfər isə XI sinif şagirdi təhsil ilinə fərqlənmə attestatı ilə yekun vurub.