Azedu.az

Bu gün növbəti SAT imtahanları keçirildi

Xaricdə Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Oktyabr 2018, 15:00
     Bu gün növbəti SAT imtahanları keçirildi

Dövlət İmtahan Mərkəzində oktyabrın 6-da növbəti SAT imtahanları (SAT and SAT with Essay ) keçirilib.

AzEdu.az xəbər verir ki,  imtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub. İmtahanlarda 35 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin oktyabrın 19-da elan olunması gözlənilir. SAT with Essay imtahanının nəticələri isə 22-24 oktyabrda elan olunacaq. Nəticələrlə //sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/sat/

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox