2022-ci UNEC SABAH qruplarının fərqlənmə ilə məzun olan Gülbacı Qurbanova Mançester Universitetində dövlət hesabına təhsil alacaq.
AzEdu.az xəbər verir ki, “2022-2026 Dövlət Proqramı”-nın təqaüdünü qazanaraq, müvafiq beynəlxalq reytinq sistemlərində universitetlər üzrə "Top 30"-da yer alan Mançester Universitetində “Data Science (Social Analytics)” ixtisası üzrə 2023-2024 illərdə magistr pilləsində təhsilini davam etdirəcək.
Qeyd edək ki, o, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankında İstehlakçılarla iş departamentində kiçik mütəxəssis kimi çalışır.