Azedu.az

MİQ-də maraqlı situasiya: bu fənn üzrə vakansiya çox, namizəd AZDIR

MİQ

21 İyul 2023, 13:09
MİQ-də maraqlı situasiya: bu fənn üzrə vakansiya çox, namizəd AZDIR

İyulun 22-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.

Təhsil İnstitutnun İnsan Resursları Mərkəzindən verilən məlumata görə, vakant yer seçmək imkanı əvvəlcə MİQ-də minimum tələbi ödəyən - keçid balını (40) toplayan şəhid ailəsi üzvləri olan namizədlərə verilir. Belə ki, şəhid ailəsinin üzvləri olan namizədlər 22 iyul saat 11:00-dan 25 saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.


Vakansiya seçiminə buraxılan namizədlər 8 vakant yer seçə bilərlər. 

Daha sonra digər namizədlər vakansiya seçiminə buraxılacaqlar.

AzEdu.az saytı builiki MİQ müsabiqəsində maraqlı bir məqam aşkarlayıb.

Belə ki, bu il MİQ-ə musiqi fənni üzrə ümumi olaraq 1500 vakant yer çıxarılıb. Vakansiya seçiminə buraxılan namizədlərin sayı isə 1407 nəfərdir.

Qeyd edək ki, iyulun 13-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına musiqi fənni üzrə 3255 namizəd dəvət olunmuşdu. Bu isə o deməkdir ki, test imtahanı verən 1848 nəfər keçid balını (40 bal) toplaya bilməyib.


A.Qorxmaz

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox