Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə texniki və yardımçı pedaqoji vəzifələr üzrə işə qəbul olan işçilər barədə statistika hazırlanıb.
AzEdu.az xəbər verir ki, ümumi olaraq qeyd olunan vəzifələr üzrə 872 nəfər işə qəbul olunub.
Onlardan 105 nəfər şəhid ailəsinin üzvü, 184-ü aztəminatlı ailənin üzvü, 108 şəxs məşğulluq göndərişləri əsasında, 380 nəfər mövsümi işçilər, 76 nəfər müharibə əlili və müharibə veteranı, 19-u isə müsahibə nəticəsində işə qəbul olunmuşdur.