Hər il Azərbaycanda fəaliyyət göstərən universitetlərin müəllim ixtisasına minlərlə tələbə qəbul olunur. Təxminən eyni sayda məzun da iş həyatına uğurlanır.
Təhsi eksperti Adil Vəliyev sosial şəbəkə hesabında sözügedən mövzu ilə bağlı sorğu keçirib. Ekspertin sorğuda aşağıdakı nüansları xüsusi qeyd edib:
Şəbəkə istifadəçiləri paylaşımın şərh bölməsinə maraqlı təklif və iradlarını qeyd ediblər. AzEdu.az həmin şərhləri təqdim edir:
İzləyicilərdən Cavid Məmmədzadə təkliflərini aşağıdakı kimi sıralayır:
O, son olaraq qeyd edir ki, müəllim bir dəyərdir. Müəllimlik peşəsi ən ali peşə olmalıdır.
Digər bir izləyici Farah Qasımova isə qəbul prosesində ciddi boşluqların olduğunu bildirir:
“Mən Kimya-Biologiya müəllimliyi ixtisası üzrə təhsil almışam. Biz qrupda 50-55 tələbə idik, həmin 50-55 tələbədən cəmi 5-10 nəfər müəllimlik edə biləcək keyfiyyətlərə sahib idi.
Amma bugün baxanda görürəm ki, geri qalan 40-45 tələbə digərlərindən daha tez iş tapıb, müəllim kimi fəaliyyət göstərirlər. Bu o deməkdir ki müəllimlərin işə qəbul prossesində ciddi boşluqlar var. Əgər seçim mərhələsində namizədlərin dünya görüşünü, psixoloji vəziyyətini, pedaqoji yanaşmasını ciddi şəkildə yoxlasalar, bu cür problemlər yaşamarıq”.
Başqa bir istifadəçi Etibar Seyidzadənin mövcud göstəricilərin səbəblərini izah edir:
“Əgər qəbul sayı 1000 nəfərdirsə, bunun 50% dövlət sifarişidir (rəqəmlər təxminidir), deməli dövlətə 1000 yox, 500 nəfər lazımdır. Qalan 500 nəfər pullu təhsil alır. Nəticə olaraq məzunlar arasında rəqabət yaranır. Qalır ən yaxşıları seçmək, bu da nazirlik tərəfindən həyata keçirilir.
Bundan başqa, indiyə qədər hansısa ixtisasa qəbulun sayının artırılması və ya azaldılmasında valideyn fərqində olmayıb. Həmişə olanla kifayətlənilib. Sayı azaltmaq yox, keyfiyyəti artırmaq lazımdır”.