"Düşünürəm ki, müəllimlərin bəzilərində dünyagörüşü məsələsiləsilə bağlı ciddi problemlər var".
AzEdu.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov Elm və Təhsil Nazirliyinin MİQ imtahanları ilə bağlı təşkil etdiyi media-turda çıxışı zamanı söyləyib.
O qeyd edib universitetlərdə savadlı tələbələr yetişdirməliyik:
"Biz universitetlərdə keyfiyyətli tələbələr yetişdirməliyik. İndiki halda biz məcburuq ki, belə imtahanlarla keyfiyyətli müəllimləri üzə çıxaraq. Ancaq gələcəkdə biz çalısmalıyıq ki, bu problemi universitetlərdə həll edək", - deyə o bildirib.