Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqədə ən çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat müəllimləri iştirak edirlər.
AzEdu.az xəbər verir ki, Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, son illərdə imtahanlarda iştirak edən informatika müəllimlərinin də sayı artıb.
N.İsmayılbəyli qeyd edib ki, ingilis dili fənni üzrə müraciət edən müəllimlərin əksəriyyəti paytaxt üzrə vakansiyaları seçməyə üstünlük verir.
"Bölgələrdə texniki fənlər üzrə müəllimlərə ehtiyac çoxdur. Bu fənlər arasında xüsusilə fizika və riyaziyyat üstünlük təşkil edir", - deyə o vurğulayıb.