Azedu.az

Ermənistandakı 16 məktəbdə Azərbaycan türk dili tədris olunur

Məktəblər

Maraqlı

6 İyul 2023, 09:55
Ermənistandakı 16 məktəbdə Azərbaycan türk dili tədris olunur

Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsində), 4 məktəbdə isə Azərbaycan dili (Azərbaycan türkcəsində) tədris olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil Nazirliyi bildirib.

 

Nazirlikdən qeyd edilib ki, Azərbaycan və türk dilləri istisna olaraq 10-12-ci sinif şagirdlərinə öyrədilir.

 

Bildirilib ki, 2022-2023-cü tədris ilində 33 ümumtəhsil müəssisəsində regional dillər öyrədilib: 13 məktəbdə farsca, 12-də türk dili, 4 məktəbdə Azərbaycan türkcəsi, 3-də isə gürcü dili. Daha 400 məktəb regional (türk, Azərbaycan, gürcü və fars) dilləri tədris etmək istədiyini bildirib.

 

Məlumata əsasən, hazırda Ermənistanın bütün məktəblərində 2-ci sinifdən başlayaraq xarici dil kimi rusca və ingilis, fransız və ya almanca tədris olunur. “Bundan sonra məktəblərdə üçüncü dil kimi region ölkələrinin dillərinin tədrisinə də diqqət yetiriləcək”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox