Azedu.az

BANM-ın 7 tələbəsi Almaniyada təqaüd qazandı

4 İyul 2023, 11:08
BANM-ın 7 tələbəsi Almaniyada təqaüd qazandı

Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi və 1 məzunu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının qalibi olub.

AzEdu.az xəbər verir ki, onlardan 4-ü kimya mühəndisliyi, 3-ü proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alıb.

Ümumilikdə DAAD təqaüdünü qazanan 18 nəfərdən 7-si BANM tələbəsi olub. Onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.

DAAD təqaüdü ilə təhsil alacaq tələbələrin siyahısı belədir:

- Fidan Mahmudova - Proseslərin avtomatlaşdırılması mühəndisliyi; 

- Sona Mehdizadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi;

- İlqar Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi;

- Ayşən Zülfiyeva - Kimya mühəndisliyi;

- Afaq Həşimova - Kimya mühəndisliyi;

- Tural Abdulov - Kimya mühəndisliyi;

- Anar Bədəlbəyli – Kimya mühəndisliyi.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox