Azərbaycanda 2022-ci ildə qəbul və buraxılış imtahanlarında şagirdləri 100-dən aşağı bal toplayan rayonların adları açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində əks olunub.
"Təəssüflə qeyd etmək lazımdır ki, ötən il Siyəzən, Şabran, Ağsu, Xocalı, Beyləqan, Lənkəran, Xaçmaz, Sabirabad, Daşkəsən rayonlarının və Gəncə şəhərinin məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olmuşdur", - DİM-in hesabatında bildirilib.