Azedu.az

Ali məktəblərdən qovulan tələbələrin SAYI

Universitetlər

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

3 İyul 2023, 17:12
Ali məktəblərdən qovulan tələbələrin SAYI

Ötən il Azərbaycanın ali təhsil müəssisələrindən xaric edilən tələbələrin sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində yer alıb.

 

Qeyd edilib ki, 7855 tələbə ali məktəblərdən xaric olunub.

 

Onlardan 4280-i bakalavr, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alırmış.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox