Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən 87 və 89, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin 1604, 1607 və ümumi orta təhsil bazasından 411, 511 və 711-ci komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər rəsm fənni üzrə qabiliyyət imtahanında iştirak etmək üçün ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
DİM-dən AzEdu.az-a bildirilib ki, 89, 1607 və 711-ci komissiyalar üzrə qabiliyyət imtahanları 10-11 iyul tarixində Lənkəran şəhərində, 87, 1604 və 411-ci komissiyalar üzrə 18-21 iyul tarixində Gəncə şəhərində, 511-ci komissiya üzrə isə 23 iyul tarixində Şəki şəhərində keçiriləcəkdir.
Qabiliyyət imtahanlarının qrafiki ilə daha ətraflı buradan tanış ola bilərsiniz.