Azedu.az

Nazir Lerikdə vətəndaşları qəbul edəcək

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

3 İyul 2023, 10:54
Nazir Lerikdə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 10 iyul 2023-cü il tarixində Lerik rayonunda vətəndaşları qəbul edəcək.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, qəbulda Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər.

 

 Adları çəkilən rayonların sakinləri 6 iyul 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür. 

 

 Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox