Azedu.az

Xarici İşlər Nazirliyinə qəbul imtahanına qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM)

3 İyul 2023, 10:39
Xarici İşlər Nazirliyinə qəbul imtahanına qeydiyyat başlanıb

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, namizədlərin imtahana qeydiyyatı verilən keçid vasitəsilə 15 avqust saat 18:00‑dək həyata keçiriləcək. 

 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). 

 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

 

//exidmet.dim.gov.az/elimt/XINTest/elan        

 
HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox