22 iyun 2023-cü il tarixində DİM-in Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasında DİM və Türkiyə Respublikası Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbərliyi arasında görüş keçirilib.
DİM-dən AzEdu.az-a bildirilib ki, görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Direktorlar Şurasının sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, Türkiyə Respublikası Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atay və Ofisin İnsan resurları təlim və inkişaf departamentinin rəhbəri Savaş Ceylan iştirak edib. Görüş zamanı hər iki tərəfin həyata keçirdiyi mövcud layihələrlə bağlı məsələlərə, həmçinin fəaliyyət istiqamətlərinə toxunularaq gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, eləcə də eləcə də qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə tanış olublar.