Azedu.az

Müəllimlərin sertifikasiya imtahanını onlar keçirir - SİYAHI

Maraqlı

Elm və Təhsil Nazirliyi

23 İyun 2023, 09:34
Müəllimlərin sertifikasiya imtahanını onlar keçirir - SİYAHI

Ölkənin təhsil ictimaiyyəti müəllimlərin sertifikasiya imtahanlarını müzakirə etməkdədir. Bu da səbəbsiz deyil, artıq 4 gündür müəllimlər imtahan olunur.


Belə ki, iyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.  


Elm və Təhsil Nazirliyinin məlumatına görə, sertifikatlaşdırmanın ilk mərhələsi ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunub.  

20-23 iyun tarixlərində 20000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq.  

Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28000-dən çox təhsilverən dəvət olunub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən sertifikatlaşdırmanın təşkili üçün sədr də daxil olmaqla 7 nəfərdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb.

Şuranın sədr və üzvləri elm və təhsil naziri tərəfindən təyin olunub.

Sertifikatlaşdırma Şurası aşağıdakı işləri təşkil edir:

- sertifikatlaşdırmanın aparılmasına cəlb olunmuş mütəxəssislərin vəzifə bölgüsünü müəyyən edir;

- sertifikatlaşdırmanın test mərhələsinin suallarının və müsahibə mərhələsi üçün qiymətləndirmə meyarlarının hazırlanmasını təmin edir;

- sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı proqram təminatının hazırlanmasına nəzarət edir;

- müsahibə komissiyalarının tərkibinə dair Nazirliyə təkliflər təqdim edir;

- sertifikatlaşdırmanın aparılmasını təşkil edir;

- sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir;

- sertifikatlaşdırmanın nəticələrini Nazirliyə təqdim edir.

Bəs hazırda Sertifikatlaşdırma Şurasına kim rəhbərlik edir, quruma hansı üzvlər daxildir?

Elm və Təhsil Nazirliyindın AzEdu.az-ın sorğusuna cavab olaraq Sertifikatlaşdırma Şurasına daxil olan vəzifəli şəxslərin adları açıqlanıb.

Onlar aşağıdakı vəzifəli şəxslərdir:


Şuranın sədri: 


Həsən Həsənli - Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

 

Şuranın üzvləri: 


Fərzəli Qədirov - Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini;

 

Eşqi Bağırov - Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini səlahiyyətlərini müvəqqəti icra edən, İnsan resursları şöbəsinin müdiri;

 

Simuzər Feyzullayeva - Elm və təhsil nazirinin müşaviri;

 

Elnur Əliyev - Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri;

 

Rüfət Əzizov - Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru;

 

Vüsal Xanlarov - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox