Azedu.az

DİM-də təlim: “İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ 

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

22 İyun 2023, 17:52
DİM-də təlim: “İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ 

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 14 nəfər əməkdaşı üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış “ mövzusunda təlim keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, təlim zamanı DİM-in Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunacaq.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.

 
HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox