Azedu.az

Onlar bu gün peşəkar mühasib sertifikatı imtahanı verirlər

Dövlət İmtahan Mərkəzi (DİM)

18 İyun 2023, 08:40
Onlar bu gün peşəkar mühasib sertifikatı imtahanı verirlər

İyunun 18-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçirir.

Mərkəzdən AzEdu-az-a bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahan vermək üçün 922 nəfər müraciət edib.

İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.

Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli və özü ilə aşağı qeyd olunan sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahan 3 saat davam edir və namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur. Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytında müvafiq linkdən çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmaları xahiş edilir. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 87 nəzarətçi müəllim, 13 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox