Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.
AzEdu.az “Pedaqogika elmləri” bölməsi üzrə ixtisasları təqdim edir:
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə)
Təhsilin təşkili və planlaşdırılması
Müəllim hazırlığı və fəaliyyəti
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
Korreksiya pedaqogikası
Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası
Etnopedaqogika
Sosial pedaqogika