Azedu.az

DİM sədrindən imtahana gedənlərə QIZIL TÖVSİYƏ

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

Bakalavr və sınaq imtahanları

Magistratura

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

16 İyun 2023, 10:27
DİM sədrindən imtahana gedənlərə QIZIL TÖVSİYƏ

Çox vaxt imtahanlarara hazırlaşan şagirdlər (abituriyentlər) həyəcanlanır, bəzən cavabını yaxşı bildikləri suallar qarşısında donub qalırlar. Bir çoxlarə düşünür ki, imtahana sayılı günlər qalanda dərs oxumaq olmaz, bəziləri isə son ana qədər mövzunu təkrar etməyin tərəfdarıdır.

 

AzEdu.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan iştirakçılarına vacib tövsiyələr verib:

 

“İmtahana 2-3 gün qalanda çalışın kitabları kənara qoyasınız, heç nə oxumayın, artıq oxuyacağınızı oxumusunuz. Əsas sağlamlığınızı qoruyun, xəstələnməyin, dondurma yeməyin, açıq havada gəzin, vaxtında yatın. Ümumi mövzuları ötəri təkrar edə bilərsiniz, amma yeni bir məlumat öyrənmək mümkün deyil. Ən əsası qidalanmaya diqqət etmək lazımdır. Bəzən şagirdlər imtahana gəlir, özünü narahat hiss edir, müəyyən olunur ki, səhər yemək yeməyib, buna görə də başı fırlanır. Şagird özü də düşünməlidir ki, fiziki sağlamlığı yaxşı olsa, həyəcanlı olmayacaq”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox