Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlər və valideynlərin çoxsaylı müraciətinə cavab verib.
AzEdu.az xəbər verir ki, sosial şəbəkələrdə DİM-in ünvanına 3 və 4 iyun tarixlərində ali məktəblərə keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin nə zaman açıqlanacağı barədə suallar tirajlanır.
DİM suallara aşağıdakı cavabı verib:
“Hörmətli abituriyentlər! I və IV qruplar üzrə imtahan nəticələri bu həftənin sonuna kimi elan olunacaq. Nəticələr hazır olan kimi elan olunur. Dəqiq gün və saat demək mümkün deyil”.