Azedu.az

DİM doktorantura və dissertantura imtahanı verəcək şəxslərə müraciət edib

Müəllimlər və elm adamları

Doktorantura

Dövlət İmtahan Mərkəzi (DİM)

14 İyun 2023, 10:07
DİM doktorantura və dissertantura imtahanı verəcək şəxslərə müraciət edib

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan verəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, danışıq bloku üzrə imtahan 16-19 iyun 2023-cü il tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. 

 

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər:

 

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq. 

 

İştirakçılar kompüter proqramının “demo” versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:

 

//xaricidil.dim-webinar.info/

İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox