Azedu.az

İmtahan zalında “ağıllı” saat aşkar olunub - DİM

Maraqlı

Doktorantura

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbələr

11 İyun 2023, 14:53
İmtahan zalında “ağıllı” saat aşkar olunub - DİM

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanında “ağıllı” saat aşkarlanıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az- a verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub.

 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

 

İlkin məlumatlara əsasən bir imtahan zalında əvvəlcədən gizlədilmiş “ağıllı” saat aşkar olunub və sahibinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

 

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox