Azedu.az

Musiqi sənəti üzrə onlayn sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM)

8 İyun 2023, 10:29
Musiqi sənəti üzrə onlayn sınaq imtahanı keçirilir

Məlum olduğu kimi, 2023/2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək.

16 may tarixində musiqi ədəbiyyatı fənni üzrə elektron, 27 mayda isə harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, həmin sınaq imtahanlarının onlayn versiyası artıq otk.az saytında yerləşdirilib. Abituriyentlər verilən keçidə (//otk.az/?menu=courses&id_category=14) daxil olub onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.

Qeyd edək ki, musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasına, 10 sual isə musiqi nümunələrinin təyin edilməsinə aiddir.

Qiymətləndirmə 10 ballıq şkala ilə aparılır. 

Balların hesablanması qaydası.

 Düzgün cavablandırılan 
 tapşırıqların sayı
 10 ballıq şkala üzrə
qiymətləndirmə
 28-30  10
 25-27  9
 22-24  8
 19-21  7
 16-18  6
 13-15  5
 10-12  4
 7-9  3
 4-6  2
 1-3  1
 0  0
 

 

 
HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox