Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçılar xarici dillər üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
DİM-ın məlumatına görə, 2023-ci il iyunun 11-də namizədlərin xarici dillər üzrə doktoranturaya qəbul və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı, iyunun 12-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.
Namizədlər və iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.