200 bağça müdiri vəzifəsinin vakansiyası gözlənilir.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.
O bildirib ki, bu il ilk dəfə bağça müdirlərinin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçiriləcək.
Hazırda 150-dən çox bağçada müdir vəzifəsi boşdur, amma onların sayının 200-ə çatacağı istisna deyil.
İşə qəbul imtahanların bu yay keçirilməsi nəzərdə tutulub.