Azedu.az

DİM-dən abituriyentlərə və valideynlərinə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM)

5 İyun 2023, 11:50
DİM-dən abituriyentlərə və valideynlərinə XƏBƏRDARLIQ

“DİM tərəfindən keçirilən imtahanlarda əsas məqamlardan biri də imtahan verənlərin bərabər şərtlər altında imtahanlarda iştirakının təmin olunmasıdır. Təəssüf ki, bəzi hallarda imtahanlarda mobil telefonla binaya daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə və digər hallara rast gəlinir”.


AzEdu.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzi (DİM) bəyan edib.


DİM bildirib ki, dünən keçirilən imtahanda 1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb.


“Halbuki həmin şəxsdən ümumi imtahan rəhbəri və mühafizə əməkdaşı tərəfindən üzərində mobil telefon və digər əşyaların olub-olmaması barədə iki dəfə soruşulub. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi tərəfindən hər bir imtahandan öncə iştirakçılar üçün imtahanla bağlı davranış qaydalarını özündə əks etdirən “Yaddaş kitabçası” hazırlanır və onlara təqdim olunur.

Yaddaş kitabçasında imtahanın məzmunu, iştirakçılar üçün tövsiyələr və tələb olunan qaydalar ətraflı şəkildə izah olunur. Orada aydın şəkildə tələb olunan sənədlər, imtahan binasında olma vaxtı, qadağan olunan hallar və s. göstərilir. DİM-in bütün xəbər və məlumatlarında neqativ hallar dəfələrlə ictimaiyyətin diqqətinə çatdırılır. Lakin bu tip qayda pozuntuları yenə də təkrarlanmaqda davam edir”.


DİM bir daha imtahan iştirakçılarının nəzərinə çatdırıb ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər.


Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edir ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox