Azedu.az

Universitetlərdə yay imtahanları BAŞLADI

Universitetlər

1 İyun 2023, 09:28
Universitetlərdə yay imtahanları BAŞLADI

 

Azərbaycan universitetlərində 2022-2023-cü tədris ilinin əyani bölmələrinin dərsləri dünən başa çatıb.

AzEdu.az xəbər verir ki, bu gündən ali təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına start verilib.

İmtahan sessiyasının təxminən bir ay - iyulun əvvəlindək sürəcəyi gözlənilir.

Əksər universitetlərdə imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı “İmtahan qərargah”ı və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə onun nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Bu gün həm də universitetlərdə qiyabi oxuyan tələbələrin dərsləri başlayıb.

 

Universitetlərin sonuncu kurslarında təhsil alanlar isə dövlət imtahanına hazırlaşırlar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox