Azedu.az

Alimlər süni intellektin məhvolma risklərindən narahatdır - Qlobal TƏHLÜKƏ

Maraqlı

Müəllimlər və elm adamları

31 May 2023, 14:40
Alimlər süni intellektin məhvolma risklərindən narahatdır - Qlobal TƏHLÜKƏ

Aparıcı universitetlərin (Harvard, Oksford, Berkeley, Princeton, Yale, MIT), tanınmış şirkətlərin ("Google", "Microsoft", "OpenAI") nümayəndələri, siyasətçilər süni intellektlə bağlı bəyanat yayıblar.

 

AzEdu.az xəbər verir ki, süni intellektin yarada biləcəyi risklərin azaldılmasını hədəfləyən sayt yaradılıb.

 

Safe.ai saytında qeyd olunur ki, CAIS-in (Centre of Artificial İntelligence Safety) yaradılmasının əsas məqsədi yalnız süni intellektlərin təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş tədqiqatlar aparmaqdır. Onlar tədqiqat təşəbbüslərilə süni intellektlə bağlı təhlükəsizlik problemlərini əhəmiyyətli problemlərə çevrilməmişdən əvvəl müəyyən edib aradan qaldırmağı hədəfləyir.

 

Bəyanatda qeyd olunur:

 

"Süni intellektin məhv olma riskinin azaldılması pandemiya və nüvə müharibəsi kimi bütövlükdə cəmiyyət üçün digər sosial miqyaslı risklər qədər qlobal prioritet sayılmalıdır”.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox