AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə GDU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının "İlin gənc müəllimi" layihəsinin qalibi olan Gəncə nümayəndələrimiz Leyla Camalzadə və Səltənət Qurbanova, universitetin elm və innovasiyalar üzrə prorektor dosent, millət vəkili Pərvin Kərimzadə və həmin statusa layiq görülmüş tələbələr iştirak edib.
Tədbir Pərvin Kərimzadənin açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Leyla Camalzadə və Səltənət Qurbanova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.
Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.
Gəncə Dövlət Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Verdiyeva Aybəniz Sahib qızı- Xarici dillər fakültəsi
Ələkbərova Lalə Vüsal qızı- Kimya-biologiya müəllimliyi, IV kurs
Cavadov Cavid Eldəniz oğlu- Məşqçilik ixtisası, II kurs
Əlili Nuğay Qeray oğlu- Riyaziyyat-İnformatika fakültəsi, IV kurs
Rzayeva Günay Zöhrab qızı- Filologiya fakültəsi, III kurs
İsgəndərova Fəridə Hüseyn qızı- İqtisadiyyat-İdarəetmə fakültəsi, IV kurs
Haqverdiyev Murad Elşən oğlu- Məşqçilik ixtisası, II kurs
Rzazadə Qənirə Qabil qızı- Riyaziyyat müəllimliyi, I kurs
Ağakişiyeva Aytac Mətləb qızı- Rus dili ixtisası, III kurs
Dadaşov Fuad Davud oğlu- Tarix fakültəsi, IV kurs
Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.
Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.