Azedu.az

Lisey və gimnaziyaların IX-XI siniflərinə xüsusi hallarda qəbul aparıla bilər

Məktəblər

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

25 May 2023, 15:31
Lisey və gimnaziyaların IX-XI siniflərinə xüsusi hallarda qəbul aparıla bilər

İstisna olaraq bu il Akademik Zərifə Əliyeva adına liseyə 8-ci sinifdən şagird qəbulu elan edilib.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəetmə sektorunun müdiri Fuad Qarayev deyib.

 

O bildirib ki, IX sinif üçün olan həmin qəbul mərkəzləşmiş qaydada aparılacaq:

 

"Orada oxumaq istəyənlərin valideynləri sənədləri birbaşa liseyə təqdim etməlidirlər. Digər lisey və gimnaziyaların IX, X və XI siniflərinə qəbul aparılmayacaq. Ümumiyyətlə lisey və gimnaziyaların X-XI siniflərinə şagird qəbulunun tərəfdarı deyilik. Amma xüsusi hallar olarsa, şagird hansısa gimnaziyada oxuyursa, qəbul olduğu il topladığı bal buradakı lisey və gimnaziyaya uyğundursa və ya IX sinfə buraxıldıqda nəticələri məsələn, hər bir fənn üzrə 85-in üzərindədirsə, bu, dəyərləndirilə bilər".

İrəvanda Azərbaycan bayrağı asılan maşın ŞOK ETDİ
Son xəbərlərDaha çox