Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabeli ümumtəhsil müəssisələrində birinci sinfə qəbulla bağlı 10 006 nəfər elektron müraciət daxil olub.
AzEdu.az xəbər verir ki. bu barədə adı çəkilən idarədən bildirilib.
“Mayın 24-ü (saat 11:00) olan məlumata əsasən, Sumqayıt şəhəri, Abşeron və Xızı rayonu üzrə məktəblərin birinci sinfinə 10 006 uşaq üçün elektron sistem (//mektebeqebul.edu.az/) vasitəsilə müraciət edilib”, - idarənin məlumatında qeyd edilib.