Rusiyada hər iki müəllimdən biri (54%) bu peşəni uşaqlarla işləməyi sevdiyi üçün seçdiyini söyləyib.
AzEdu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rəyi soruşulan hər üç nəfərdən biri (34%) məktəbdə işləməyin onun uşaqlıq arzusu olduğunu bildirib.
Hər dördüncü müəllim - öz müəlliminin nümunəsindən ilham aldığını, 28%-i səbəb kimi peşənin xeyirxahlığını və öz fənninə olan sevgisini (25%) göstərib. Respondentlərin 10%-i ailə biznesini davam etdirdiklərini qeyd ediblər.
Müəllimlər gündəlik işlərində onları nəyin daha çox ruhlandırdığını da söyləyiblər. Ən populyar cavablar tələbələrin uğurları (42%) və onların təhsilə maraqlarıdır (40%). Uşaqların cavabları və dərslərdə əldə edilən biliklərin həyatda tətbiqi respondentlərin 23%-ni ruhlandırıb. Müəllimlərin yalnız 2%-i şagirdlərin yüksək qiymət almasından ilhamlandığını bildirib.