11-22 may tarixlərində Albaniyanın Durres şəhərində məktəblilərin Avropa çempionatı keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, 25 ölkədən 208 şahmatçının iştirak etdiyi yarışa Azərbaycan yığma komandası 21 idmançı ilə qatılıb.
Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Aqil İsrailov I yeri, Gəncə şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səadət Bəşirli II yeri, Sumqayıt şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Nurtən Nuriyeva isə III yeri tutub.
Qeyd edək ki, Azərbaycan yığma komandasının tərkibində çıxış edən 21 nəfərdən 16-sı Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.