Azedu.az

Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib

Məktəblər

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

20 May 2023, 10:59
Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib

Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, 20 mayda Bakı şəhəri ilə yanaşı bir sıra bölgələrdə, ümumilikdə 33 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib. 

 

Şagirdlər 26 maydan etibarən //portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər. Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumtəhsil müəssisələrinin V sinif, Məktəblilərarası fənn müsabiqələri isə VI,VII sinif şagirdləri arasında təşkil olunur.

İrəvanda Azərbaycan bayrağı asılan maşın ŞOK ETDİ
Son xəbərlərDaha çox