"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəblə bağlı yayılmış fotolara dair bildiririk ki, bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib".
AzEdu.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhərindəki 31 nömrəli məktəbə keçirilmiş nərdtaxta oyunları ilə bağlı açıqlamasında bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə həmin yarışı əks etdirən fotogörüntülər yayılıb.