Azedu.az

Peşə liseyləri məzunlarının yekun attestasiyası aparılıb

Peşə Təhsili

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

18 May 2023, 16:45
Peşə liseyləri məzunlarının yekun attestasiyası aparılıb

Peşə liseyləri məzunlarının yekun attestasiyası aparılıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən xəbərə görə, 2022/2023-cü tədris ilində peşə liseylərini bitirmiş 2758 nəfər məzundan buraxılış imtahanlarında iştirak etmiş 2738 nəfərin tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyası Dövlət İmtahan Mərkəzi tərəfindən aparılıb və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilib.



Müvafiq ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilərlər.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox