Rusiyada bu il 11-ci sinif şagirdlərinin “Son zəng”i onların valideynlərinə orta hesabla 16,5 min rubla başa gələcək.
AzEdu.az saytı SuperJob portalına istinadən xəbər verir ki, COVID-19-dan əvvəlki dövrlə müqayisədə bu məbləğ təxminən bir dəfə yarım artıb.
9-cu sinif şagirdləri üçün məzuniyyəti tədbirlərinə bir qədər az xərclənməsi planlaşdırılır - orta hesabla 10,5 min rubl (2019-cu ildə 5900 idi).
Valideynlər 11-ci sinifdə oxuyan oğulları üçün buraxılış gecəsi paltarına 17 min rubl, qızları üçün isə 16,5 rubl xərcləməyə hazırdırlar.
9-cu sinif şagirdləri üçün bir paltar qızlar üçün orta hesabla 13 min rubl, oğlanlar üçün isə 13,5 rubl təşkil edir.