“Şagird sayı 500-dən az olan 387 məktəbdə direktorlar üçün vakant yer mövcuddur”.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri 6 nömrəli məktəb-liseydə keçirilən brifinqdə deyib.
"Şagird sayı 500-dən az olan 387 məktəb üçün vakant yer mövcuddur. Bu vakant yerlər üçün 1400 nəfər müraciət edib. Onlaran 600-ü uğur qazanıb. Şagird sayı 500-dən çox olan 148 məktəbdə vakant yer açılmışdır. Bu vakant yerlər üçün 1000 nəfər müraciət edib".
Müsabiqə mayın 17-nə kimi davam edəcək.