Rusiyada “Profilum” şirkətinin araşdırmasına görə, hər 4 şagirddən yalnız 1-i kollecdə təhsilini davam etdirmək istəyir.
AzEdu.az Rusiya Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu suala 6-7-ci sinif şagirdləri arasında 21%, 8-9-cu siniflərdə isə 25% müsbət cavab verib.
Əksər məktəblilər bakalavr dərəcəsində təhsil almaq istədiklərini bildiriblər - (34%), 21% magistr dərəcəsini, 15% iki və ya daha çox ali təhsil diplomuna sahib olmaq istədiyini, 9% aspirantura və elmi dərəcəni məqbul hesab edib.
Amma 6-7-ci sinif şagirdlərinin 17%-i, 8-9-cu sinif şagirdlərinin 14%-i və yuxarı sinif şagirdlərinin 10%-i təhsillərini harada davam etdirəcəklərini hələ müəyyənləşdirə bilməyib. Sorğuda ümumilikdə 24 mindən artıq məktəbli iştirak edib.