Azedu.az

II və III qruplar üzrə qəbul imtahanları KEÇİRİLƏCƏK

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

15 May 2023, 11:07
II və III qruplar üzrə qəbul imtahanları KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, mayın 21-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

 

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.   

 

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

 

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox