Azedu.az

Yanan məktəbin şagirdləri başqa yerə köçürüldülər

Məktəblər

Maraqlı

14 May 2023, 12:41
Yanan məktəbin şagirdləri başqa yerə köçürüldülər

Mayın 13-də axşam saatlarında ildırım vurması nəticəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Əliabad qəsəbə 4 nömrəli tam orta məktəbin dam örtüyündə yanğın baş verib.

 

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  hədisə ilə bağlı məktəbdə təhsil alan şagirdlər digər qonşu Zaqatala rayon Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbinə köçürüləcək və ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.

 

Qeyd edək ki, 360 şagird tutumlu 3 mərtəbəli məktəb binasında hazırda 290 şagird təhsil alır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox